Mir Cəlalın 110 illiyinə həsr olunmuş tədbir keçirilib

Mir Cəlalın 110 illiyinə həsr olunmuş tədbir keçirilib
calendar 1 may 2018
clock 14:24

Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyəti iştirak edib. Plenar iclası açıq elan edən rektor, akademik Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib.

Rektor prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb, Bakı Dövlət Universitetinin tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Akademik Abel Məhərrəmov 1936-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində çalışan Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminin qızıl nüsxələri olmasından, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Mir Cəlal Paşayevin nəcib insani keyfiyyətlərini, ailəsinə, övladlarına bağlılığını qeyd edən rektor alimin dillər əzbəri olan "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" kəlamını xatırladıb.

Təhsil naziri Ceyhun Bayramov isə Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin böyük təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.

Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş etdirilib.

“Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edib. Sonra millət vəkili, akademik Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar. Sonda alimin ailəsi adından oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.

# 1178 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news