Azərbaycanda ilk onlayn platforma – BİRGƏ LAYİHƏLƏR

Azərbaycanda ilk onlayn platforma – BİRGƏ LAYİHƏLƏR
calendar 5 iyul 2016
clock 15:35

Azərbaycanın ilk Crowdfunding platforması Damla.top işə başladı.

Kulis.Az-ın verdiyi məlumata görə, Damla.top-da həm yaradıcı (ədəbiyyat, incəsənət, musiqi, teatr, film, rəssamlıq və sair) həm elmi-texniki (ixtira və innovasiyalar), həm İT sahəsi, həm kiçik biznes, həm də sırf xeyriyyə xarakterli kampaniyalar başlamaq olar.

Damla.top-un iş prinsipi çox sadədir: çap olunması nəzərdə tutulan kitabın kiçik bir hissəsi Damla.top-da nəşr edilir, kampaniya yaradılır, potensial oxucular kitabla tanış olmaq imkanı qazanır, kitabı bəyənən oxucular həmin kitabı çapdan əvvəl sifariş verir.

Bu sadə proseduranın ciddi nəticəsi var: kampaniya başa çatdıqda müəllif həm kitabının çap olunması üçün vəsait əldə edir, həm də optimal tirajı müəyyən etmək imkanı qazanır: verilmiş sifarişlərin sayına uyğun sayda kitabı çap edilir və sifarişçilərə - oxuculara təqdim edilir.

Eyni prinsip müəyyən əlavə və dəyişiklərlə əksər sahələrə aid digər layihələr üçün də tətbiq edilir.

Beləliklə, Damla.top kiçik büdcələr hesabına reallaşdırılması mümkün olan bir çox layihələrin gerçəyə çevrilməsinə imkan yaradır.

Xatırladaq ki, Crowdfunding bir qrup insanın hər hansı bir layihənin həyata keçirilməsi üçün kiçik maliyyə dəstəyi ayırmasıdır. Bu kiçik maliyyə dəstəyi bir yerə toplanaraq layihənin büdcəsini formalaşdırır və layihə müəllifinə onu həyata keçirməyə imkan yaradır.

Dünyada bu praktika artıq on illərdir ki, tətbiq olunur və bu gün istifadə etdiyimiz texnologiyaların, proqram təminatlarının, sevdiyimiz kitab və baxdığımız filmlərin bəziləri məhz Crowdfunding prinsipi ilə maliyyələşən layihələrdir.

Hazırda dünyada yüzlərlə Crowdfunding platforması fəaliyyətdədir. Qonşu Rusiyanın, Ukraynanın, Türkiyənin öz Crowdfunding platformaları var.

Damla.top Azərbaycanın ilk Crowdfunding platpormasıdır.

# 1104 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news