"APA-Group"a daxil olan saytların vahid mobil tətbiqi istifadəyə verilib

"APA-Group"a daxil olan saytların vahid mobil tətbiqi istifadəyə verilib
calendar 15 noyabr 2019
clock 13:08

"APA-Group"a daxil olan xəbər saytlarının vahid mobil tətbiqi hazırlanıb.

APA-nın məlumatına görə, mobil tətbiqdə APA və ONA agentlikləri, Lent.az, vesti.az, Kulis.az, apasport.az saytları və APA TV cəmləşdirilib.

Bütün növ xəbər kontentinin birlikdə təqdim olunması baxımından bu mobil tətbiq ilkdir.

"APA Group"un İnformasiya Xidməti Departamenti tərəfindən hazırlanmış mobil tətbiqdə əsas üstünlüyü istifadəçi interfeysinin rahatlığı, vaxta qənaət və normal rejimdə işləmək təşkil edir.

Artıq "Android" əməliyyat sistemli telefonlar üçün istifadəyə verilmiş tətbiqi istifadəçilər endirə bilərlər. ( https://play.google.com/store/apps/details?id=com.apagroup) Mobil tətbiq yaxın günlərdə IOS əməliyyat sistemli telefonlar üçün də istifadəyə veriləcək.

Qeyd edək ki, "APA Group" Media Şirkətinin əsası 2004-cü il noyabrın 16-da APA İnformasiya Agentliyinin yaranması ilə qoyulub. Hazırda ölkənin və Cənubi Qafqaz regionunun ən böyük media şirkətlərindən olan "APA Group"a APA İnformasiya Agentliyi, ONA İnformasiya Agentliyi, Lent.az və vesti.az xəbər portalları, Kulis.az online ədəbiyyat dərgisi, Apasport İdman Agentliyi və APA TV internet televiziyası daxildir.

Şirkətin Azərbaycanın bütün bölgələrində, həmçinin dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri fəaliyyət göstərir. Şirkət gün ərzində müxtəlif dillərdə yazılı və görüntülü 1000-ə qədər xəbər istehsalı və yayımı ilə məşğuldur.

"APA Group" a daxil olan xəbər şirkətlərinin sosial media səhifələrinin 1.5 milyondan artıq izləyiciləri var.

Şirkət xəbər və analitik məzmunlu kontentin istehsalı və satışı ilə yanaşı, piar məqsədli xəbər xidməti göstərir, reklam və piar və İT xidməti göstərir.

# 1776 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news