Taksi şoferinə “müəllim” deyəndə inciməlidir - SORĞU

Taksi şoferinə “müəllim” deyəndə inciməlidir - <span style="color:red;">SORĞU
calendar 14 mart 2016
clock 08:30

Azərbaycanda müraciət formaları bəzən yerinə düşmür. Bəy deyirsən, siyasiləşdirirlər, sadə adama müəllim deyə müraciət edirsən, əsəbiləşir. Bəzən bu müraciətlərdən dava düşür, mübahisə yaranır, tərəflər bir-biri ilə yola getmir. Bəs nə edəsən? Necə müraciət edəsən? Bəy, müəllim kimi müraciətlər kimlərə deyilməlidir? Kulis bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Aqil Abbas:

- Bu müraciət məsələsi o qədər də böyüdülməməlidir. Mən sadə adamlara həmişə “müəllim” deyirəm, ya da “dostum”, “qardaşım”. Türklərdə “hocam” deyirlər, hörmət mənasında. Mən də hörmət elədiklərimə müəllim deyə müraciət edirəm. Bizdə bu məsələni çox şişirdirlər. Əgər bir taksi sürücüsünə biri müəllim deyirsə, burda məzələnməkdən söhbət gedə bilməz. Demək, o adamın özündə çatışmazlıq var, problem var. Neyləyək, taksi sürücüsünə nə deyək? Bəy müraciətini də son vaxtlar ucuzlaşdırıblar. Bəy tituldur. Ancaq onu da demək olar. Kim kimə necə istəyir müraciət edə bilər. Bu bizim böyük problemimiz deyil.

Etimad Başkeçid:

Image result for etimad başkeçid

- Dost-tanışa adətən “sənətkar” deyə müraciət eləyirəm. Adamına baxır, bəzilərinə “ustad”, “böyük sənətkar” deyirəm, baxıram hamı təbii qəbul eləyir. Bizim nitq etiketimiz şikəstdir, ya da hələ formalaşmayıb, olan-qalan tarixi ənənə isə unudulub. Taksi şoferinə “müəllim” deyəndə, təbii ki, inciməlidir. İncimirsə, deməli, öz şəxsiyyətinə hörmət qoymur. İndiki vaxtda “müəllim” xitabı qədər ironik səslənən müraciət forması yoxdur. Məncə, ən məqbul variant “xanım” və “bəy” müraciətləridir. Bunu direktiv kimi qəbul eləməyə ehtiyac yoxdur, onsuz da hamı bir-birinə bu şəkildə müraciət edir. Hansısa kənar mülahizələrə görə sabit ifadələri gözlərdən gizlətməyin adı yoxdur.

Aqşin Yenisey:

Image result for aqşin yenisey

- Bütün kütləvi müraciətlər, əslində, insana yox, pula ünvanlanıb. "Ser", "Senyor", "Əfəndi", "Mister", "Hacı", "Kərbəlayi" hamısı pulun miqdarına olan xitab formalarıdır. Yəni sinfi ziddiyyətlərin, sosial bərabərsizliyin dildən tələb etdiyi ifadələrdir. 70 illik sovet ideologiyası təsirində saxladığı bütün cəmiyyətlərin şüurundan bu düşüncəni sildi. Son illərin Avropa romanlarında bu cür müraciət formalarına demək olar ki, rast gəlinmir. Yalnız Ərdoğana qoşulub keçmişlə feyziyab olan Pamukların dilində yaşayır belə arxaik şüur formaları. Kütləvi müraciət formalarına gəlincə isə kiməsə "müəllim", "bəy" deyə xitab etmək də elə "mənə görə bir qulluq" arxaizminin bir formasıdır, aşağılanıb hörmət qazanmaq kompleksidir. Ehtiyac yoxdur, bu köhnəliklərə. Son illərin həyatından bəhs edən heç bir Avropa romanında belə bir şeyə rast gələ bilməzsiniz, heç rus ədəbiyyatında da.

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news