“Məhəbbət əfsanəsi” baleti Nur-Sultanın yubileyi günlərində nümayiş etdiriləcək

“Məhəbbət əfsanəsi” baleti Nur-Sultanın yubileyi günlərində nümayiş etdiriləcək
calendar 29 iyun 2019
clock 16:02

1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açıb.

İlk premyerasından 58 il sonra tamaşa öz yubileyini qeyd edən Nur-Sultan şəhərində təqdim ediləcək. “Astana balet” teatrında iyulun 3-də göstəriləcək baletin yeni yaradıcıları –Yuri Qriqoroviçin yetirmələri olan quruluşçu-xoreoqraflar Ruslan Pronin və Oksana Tsvetnitskayadır.

Quruluşçu-xoreoqraflar jurnalistlərə müsahibəsində bildiriblər ki, onlar görkəmli bəstəkar Arif Məlikov və xoreoqraf Yuri Qiroroviçin 50 il əvvəl tamaşaya verdikləri ruhu qoruyub saxlamağa çalışıblar. Qazax teatrının balet ustaları – Ayjan Mukatova, Aynur Abilqazina və Fərhad Buriyev balet sənətində ən böyük şedevrlərdən biri olan “Məhəbbət əfsanəsi”ndə çıxış etməyin böyük qürur mənbəyi olduğunu qeyd ediblər. Fərhad Buriyev bildirib ki, neçə nəsil sənətsevərlərin qəlbini fəth edən bu ecazkar əsərdə ötən əsrin 60-cı illərində görkəmli balet ustası Rudolf Nuriyev üçün nəzərdə tutulmuş Fərhad obrazını canlandırmaq hər bir artist üçün məsuliyyətli və şərəfli işdir. /azertag.az/

# 1778 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news