Millət vəkili Firudin Qurbansoydan yazdı: "Bütpərəst qaragüruhu düşüb meydana..."

 Millət vəkili Firudin Qurbansoydan yazdı: "Bütpərəst qaragüruhu düşüb meydana..."
calendar 22 avqust 2019
clock 10:01

Millət vəkili Fazil Mustafa filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun Kulis.aza verdiyi müsahibədə səsləndiyi fikirlərə görə onu sərt tənqid edənlərə cavab verib. O, yazıb:

“Firudun Qurbansoy "Nəsimi" filmini tənqid edib.


Firudin Qurbansoy Rasim Balayevin qəzəl ifasını tənqid edib.


Firudin Qurbansoy İsa Muğannanın "Məhşər" əsərini tənqid edib.


Yenə bütpərəst güruhu düşüblər meydana ki, bizim illərdir yaratdığımız bütlərə toxunmaq olmaz.


Cənab bütpərəstlər, olar, həm də bal kimi olar...


Haqlıdır, haqsızdır, qiymətləndirmək istəməzdim, sadəcə məmləkətdə tənqidi təfəkkür addım-addım ölür, çünki ayrı-ayrı bütpərəst qrupları hər bir detalı, hər bir epizodu, hər bir şəxsiyyəti müqəddəsləşdirərək toxunulmaz elan ediblər.


Firudin Qurbansoyu cəsarətli tənqidinə görə dəstəkləyirəm. Yazılarını oxuyuram, klassik ədəbiyyatı yetərincə maraqlı şərh edir, mətn oxuyub anlamayanların yaddaşında nədənsə falabaxan kimi qalmış.


Yeri gəlmişkən, İsa Hüseynovun "İdeal"a qədərki bütün yaradıcılığını yüksək qiymətləndirirəm, "Məhşər" romanını isə Azərbaycan ədəbiyyatında tarixi roman janrında yazılmış ən dəyərli əsər hesab edirəm. "Nəsimi" filiminin bütün süni ritorikasını bir kənara qoyarsaq, təkcə böyük aktyorumuz Yusif Vəliyevin yaratdığı əsrarəngiz bir Teymur obrazına görə dəyərini aşağı salmaq olmaz.”

# 4091 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news