Fəzaiı Ağamalı: “O, bu gün də insanların səhhətinə zərbə vurur”

<span style="color:red;">Fəzaiı Ağamalı:  “O, bu gün də insanların səhhətinə zərbə vurur”
calendar 22 yanvar 2018
clock 15:14

Millət Vəkili Fəzail Ağamalı bu gün Kulis.azda gedən müsahibəsi ilə bağlı Zərdüşt Əlizadənin verdiyi açıqlamaya cavab verib. Həmin cavabı təqdim edirik.

Mənim rəhmətlik Xudu Məmmədovun vəfatı ilə bağlı fikirlərimi Zərdüşt Əlizadə bir daha özünəməxsus şəkildə cavablandırıb.

Mən həmin yığıncaqda iştirak edirdim. Fərhad Bədəlbəylini, Eldar Quliyevi mən o zaman tanımırdım. Heç Zərdüşt Əlizadəni də tanımırdım. Ancaq Xudu Məmmədovu, Hatəmini, Nemət Pənahlını, İsa Qəmbəri tanıyırdım. Yığıncağın keçirildiyi yeri yaxşı xatırlayıram və həmin yığıncaqda hamı kimi mən də X.Məmmədovun rəhmətə getməsinin şahidi oldum və sarsıntı keçirdim. Yığıncaq nəticəsiz dağıldı. Və sonrakı günlərdə yasda iştirak etdim, hətta “Hökümət evi”nin qarşısındakı evlərində də dəfələrlə oldum, yeganə oğluna təsəlli verməyə çalışdım. Bütün bunlar öz yerində.

Yığıncaqda Azərbaycanda yaranmış vəziyyətlə bağlı olduqca gərgin müzakirələr keçirilirdi. Zərdüşt Əlizadə Xalq Cəbhəsilə bağlı yazdıqlarını oxuduqdan sonra ona etirazlar başladı və ən ciddi iradları da Xudu Məmmədov bildirdi. Zərdüşt Əlizadə onunla razılaşmadı və emosional, səsini ucaldaraq fikirlərində israr etdi və bu vəziyyət Xudu Məmmədovu bərk əsəbiləşdirdi və o, bir neçə dəqiqə içərisində dünyasını dəyişdi. Bunu təkzib etmək allahsızlıqdı.

Zərdüşt Əlizadə öz antimilli fəaliyyətilə bu gün də xalqımızın heysiyyatı ilə oynamaqda, insanları təhqir etməkdə, onların səhhətinə ağır zərbələr vuqrmaqdadı.

P.S. Onun hazırladığı Xalq Cəbhəsinin proqramı sonrakı müzakirələrdə rədd edildi və yeni proqram üzərində iş başlandı. Firudin Cəlilov, Pənah Hüseyn və mən bizim və Firudin bəyin evində proqram üzərində intensiv işlədik və o, müəyyən əlavələrlə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında qəbul edildi.

# 1261 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news