Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – AYB-dən açıqlama

Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – <span style="color:red;">AYB-dən açıqlama
calendar 2 may 2019
clock 11:48

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda təşkilata ayrılan vəsaitdən bir neçə yazıçıya mükafat verib və təltif olunanların siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid məsələ ilə bağlı Kulis.az-a açıqlamasında bu fikirləri səsləndirib:

"Mükafatın əleyhinə yazılanları mən də oxudum. Gənclərin və başqa yazıçıların mükafat almağına sevinmək və təbrik etmək lazımdır. Şübhəsiz ki, orda mükafatlar pul deyil, eyni zamanda yaşlı yazıçıların gördüyü işlər, fəaliyyət nəzərə alınıb. Gənclər arasında da narazılıqlar var. Düşünmüşük ki, əsasən AYB-yə üzv olmayan, təqaüd almayan gənclərə verək. Elə indi Kamal Abdullanı təbrik etdim. Kamal müəllim məndən xahiş etdi, mən bunu Anar müəllimə də dedim. Kamal müəllim dedi ki, o pulu dörd gənc yazar arasında böləcəm. Mükafat ala bilməyənlər də, lazımsız söz-söhbət edənlər də narahat olmasınlar. O pulu bölüb gənclərə verəcəyik."

# 3572 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news