Sədəqə toplayan şairə efirdə ağladı – VİDEO

<b>Sədəqə toplayan şairə efirdə ağladı – <span style="color:red;">VİDEO </b>
calendar 30 mart 2018
clock 14:43

ARB TV-nin “Sirdaş Rövşanə” proqramına müraciət edən məşhur mahnıların söz yazarı olan şairə yardım istəyib.


“Bağban məni yaralama”, “Ana Kürüm” və s. Kimi məşhur mahnıların söz yazarı olan Şərafət Dağıstanlı çətin vəziyyətdə olduğunu və yardıma ehtiyacı olduğunu bildirib.

“Sirdaş Rövşanə” proqramının çəkiliş qrupu 81 yaşlı şairənin yaşadığı evdə qonaq olub.

“Mən havadayam. Mənim adıma evim belə yoxdur. Bir qızım və bir nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə olduğum üçün peşman olmuşam. O qədər mahnım oxunur, lakin məni nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül, heç olmasa adımı çək. Cavab verir ki, o xalq mahnısıdır”.

Şairə ustad xanəndə Xan əmi ilə tanışlığından da bəhs edib:

“Şövkət Ələkbərova, Nəzakət Məmmədova ilə çox yaxın idik. Şuşada olanda Xan əmi gəlib dedi ki, ay gözəl, nə yazırsan? Dedim ki, şeirlər. Qarabağ haqqında şerimi oxuyub dedi ki, haralısan? Dedim ki, Dağıstan tərəfdən. Dedi ki, ancaq Qarabağ qanı olan biri bunu yaza bilər”.

Şərafət Dağıstanlı Könül Xasıyevadan başqa Tacirdən də yardım istəməsinin cavabsız qaldığını söyləyib:

“Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm, edərəm, o da qaldı”.

Daha sonra efirə qonaq gələn şairə efirdən bir daha yardım istəyib. Aparıcı Rövşanənin sədəqə belə toplamısız sualını isə ağlayaraq təsdiqləyib:

“Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişəm. Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi. Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım”.

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news