“Tatar mədrəsəsi” məscid kimi yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib

“Tatar mədrəsəsi” məscid kimi yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib
calendar 3 avqust 2019
clock 13:10

Bakının mərkəzində aşkarlanan və bu ilin aprelində “APA Group”-a daxil olan ONA agentliyinin barəsində geniş araşdırma apardığı abidə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, Nazirlər Kabinetinin 2 avqust tarixli qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən, sovet dövründə el arasında “Tatar mədrəsəsi” kimi tanınan abidə məscid statusunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunacaq.

Qeyd edək ki, agentliyin apardığı araşdırma zamanı məlum olmuşdu ki, Bakının mərkəzində, Nəsimi rayonu, Rəsul Rza küçəsi 34 ünvanında yerləşən bu tikili ətrafda gedən söküntülər nəticəsində “üzə çıxıb”. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov ONA-ya bildirmişdi ki, ötən il ərazidə təmir-bərpa işləri aparılan zaman orada tarixi məscidin olduğu üzə çıxıb. Binadan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. Məscidin XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi abidə bərpa olunduqdan sonra məscid kimi istifadə olunmasının nəzərdə tutulduğunu da açıqlamışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov ONA-ya bildirmişdi ki, bina ilk olaraq mədrəsə kimi fəaliyyətə başlayıb. Sovet dövründə bu tikili el arasında “Tatar mədrəsəsi” kimi tanınıb və fəaliyyət göstərib. Dinin repressiyaya məruz qalması və sıxışdırılması nəticəsində mədrəsə fəaliyyətini dayandırıb, binada uşaq bağçası açılıb. Burada 1934-cü ildən 2011-ci ilə qədər 52 saylı uşaq bağçası fəaliyyət göstərib. 2012-ci ildə bina qəzalı vəziyyətə düşdüyündən bağça köçürülüb.

Memarlıq və İncəsənət İnstitutu Memarlıq abidələrinin qorunması və bərpası problemləri bölməsinin rəhbəri Rahibə Əliyeva ONA-ya demişdi ki, binanın yeni aşkar olunmuş abidələr siyahısına salınması üçün Mədəniyyət Nazirliyinin müraciəti ilə oraya baxış keçiriblər. Baxış keçirdikdən sonra ekspert rəyi verilib ki, bina abidələr siyahısına salınsın.

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news