İçib adam öldürən fil, minayla futbol oynayan əsgər, tüpürcəyin öldürdüyü gənc - Dünyanın Ən Qəribə Hadisələri

İçib adam öldürən fil, minayla futbol oynayan əsgər, tüpürcəyin öldürdüyü gənc - <span style="color:red;">Dünyanın Ən Qəribə Hadisələri
calendar 18 may 2018
clock 17:33

Kulis.az dünyanın ən qəribə 9 hadisəsini təqdim edir.

1. 1985-ci ildə Yeni Orleanlı xilasedicilər həmin il şəhərin hovuzunda heç kimin boğulmaması münasibəti ilə böyük bir məclis təşkil edirlər, həmin məclisdə bir nəfər hovuzda boğulur.

2. 1975-ci ildə ingilis cütlük komediya proqramına baxarkən kişi o qədər ürəkdən gülür ki, infarkt keçirərək dünyasını dəyişir. Kişinin xanımı televiziyaya məktub yazır: “Ərimi ömrünün son anlarında xoşbəxt etdiyiniz üçün sizə təşəkkür edirəm!”

3. Hindistanın Assam əyalətində düyü pivəsi içib sərxoş olan 12 fil üç nəfəri əzərək öldürüb, iki nəfəri isə yaralayıb.

Image result for fillər

4. Kambocada iki nəfər partlamamış mina ilə futbol oynayarkən partlayış nəticəsində həlak olublar. Qəribəsi budur ki, parçalanaraq ölən hər iki adam Kamboca ordusunun ən yaxşı mina mütəxəssisi olub.

5. ABŞ-ın Alabama ştatında bir gənc hündür binadan tüpürərkən tüpürcəyini küçədəki iri lampaya tuşlamağa çalışarkən tarazlığını itirib və 11-ci mərtəbədən yıxılaraq ölüb.

6. Fransız ordusu mina basdırılan ərazilərdə addımlamaq üçün partlayışa davamlı çəkmələr istehsal edib. Lakin çəkmələr o qədər ağır olub ki, əsgərlər qaça bilmədikləri üçün düşmən gülləsinin hədəfinə tuş gəliblər və minalara çatmamış həlak olublar.

7. 1971-ci ildə torpaq sürüşmələrini tədqiq etmək istəyən yapon alimləri yağış fırtınası effekti yaratmaq üçün bir təpəni yanğınsöndürən borularla o ki var isladıblar. Təpə çöküb, 4 alim, 11 tamaşaçı həlak olub.

8. Arizonalı bir adam qandalla oynadığı yerdə bilmədən özünü qandallayır və açarları tapa bilmir. O, çilingər çağırmaq əvəzinə polisə zəng edir. Polis gəlib onu qandaldan azad edəndən sonra adamın vergi borcu olduğu üzə çıxır və onu təzədən qandallayırlar.

9. 1902-ci ildə “Gillette” üzqırxan şirkəti ilk etibarlı mallarını satarkən onlardan çoxlu şikayət olub. Müştərilər alətlərin saqqallarını kəsmədiyini dilə gətiriblər. Araşdırma nəticəsində məlun olub ki, şikayətçilər üzqırxanların ağzındakı qoruyucu kağızları çıxarmayıblar.

Image result for gillette

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news