Xocalıya aid tədbir keçirlidi

Xocalıya aid tədbir keçirlidi
calendar 24 fevral 2022
clock 13:50

Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konsert proqramı təqdim edib.

Kulis.az xəbər verir ki, “Koordinat 39°54'47" şm.e. 46°47'25" ş.u.; qar üzərindəki ayaq izləri ilə” adlı ədəbi-musiqili gecədə Aqşin Əlizadənin “Muğam”, Qara Qarayevin 14 və 24 nömrəli prelüdləri, Ayaz Qəmbərlinin “Hüzn”, Tahir İbişovun “Epitafiya”, Rəhilə Həsənovanın “Ulduzların laylası” və Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri səslənib.

Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək layihənin konsepsiyası ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, əsərlərin seçimi Xocalı faciəsi baş verən o məşum gecənin musiqi ilə sanki portretini çəkir. A.Əlizadənin "Kənd süitası"ından “Muğam”la başlayan proqram hələ heç nədən xəbəri olmayan Xocalı sakinlərinin faciəyə addım-addım yaxınlaşmalarını, bu əsərin ardınca, səslənən əsərlər isə bütünlüklə Xocalı qətliamının musiqi ilə rənglərini nümayiş etdirir. Sonda səslənən "Cəngi" isə qələbə rəmzidir...

Qeyd edək ki, səslənən əsərlərdən A.Əlizadənin “Muğam” əsəri bəstəkarın “Kənd süitası”ndan Mustafa Mehmandarov tərəfindən işlənib. Ü.Hacıbəylinin “Cəngi” əsərini isə orkestr üçün Ayaz Qəmbərli hazırlayıb. Q.Qarayevin 14 və 24 nömrəli prelüdlərini Səid Qəni işləyib.

# 1550 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news