XV Bakı Beynəlxalq Film Festivalının açılışı baş tutdu

XV Bakı Beynəlxalq Film Festivalının açılışı baş tutdu
calendar 7 oktyabr 2024
clock 13:10

Oktyabrın 5-də Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub.

Kulis.az xəbər verir ki, açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, incəsənət xadimləri, həmçinin, kinosevərlər iştirak edib.

Tədbirdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev bildirib ki, 15 ildir əzmlə yoluna davam edən festival hər il kinematoqrafçıları bir araya gətirir:

"Bu illər ərzində miqyasımızı xeyli genişləndirməyi bacarmışıq, bu bizim uğurumuzdur. Festival yerli müəllifləri stimullaşdırmaqla yanaşı, yaradıcı müzakirələr üçün imkan yaradır".

Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu öz çıxışında festivalların əhəmiyyətindən söz açıb:

"Bakı Beynəlxalq Film Festivalı Azərbaycanın ən uzunömürlü kino festivalıdır. Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri olan,15 illik böyük yol qət edən festivalın açılış mərasimindəyik. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, iştirakçılara uğurlar arzulayıram".

Sonra festival ənənəsinə sadiq qalaraq Azərbaycan kinosundakı xidmətlərinə görə Xalq artistləri Həmidə Ömərova və Şükufə Yusupovanı "Qızıl Nar" mükafatı ilə təltif edib.

Daha sonra festivalın münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub.

Diqqətə çatdırılıb ki, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın beynəlxalq müsabiqəsində tammetrajlı bədii və qısametrajlı filmlər yarışır.

Mərasimin sonunda 2 film nümayiş olunub.

Qeyd edək ki, festival ayın 8-ə kimi davam edəcək. Bu il festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir.

# 417 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news