Yeni ədəbiyyat müsabiqəsi keçirilir

Yeni ədəbiyyat müsabiqəsi   keçirilir
calendar 26 noyabr 2021
clock 10:10

Azərbaycan Televiziya və Radio Verilişləri QSC uşaqlar üçün yeni layihəyə başlayır.

Kulis az xəbər verir ki, ölkəmizin bütün bölgələrindən azyaşlı istedadların ədəbi bacarıqlarını tanıtmaq məqsədilə Azərbaycan Radiosu şeir, hekayə və esse müsabiqəsi elan edir. Müsabiqədə 15 yaşadək uşaqlar özünü sınaya biləcək.

İştirak etmək istəyənlər 31/01/2022-ci il tarixinədək yazıların elektron variantını [email protected] elektron poçtuna göndərə bilər. Məktubda müəllif haqqında ayrıca qısa məlumat və əlaqə vasitələrinin göstərilməsi xahiş olunur. Eyni zamanda, müəlliflər əlyazmalarını qapalı zərfdə Bakı ş., M.Hüseyn küç. 1 ünvanına Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə təqdim etməlidir. Məktubun üzərinə “Ədəbi müsabiqə üçün” sözlərini yazmağı unutmayın. Hər müəllif yalnız 1 (bir) yazı ilə iştirak edə bilər. Hekayə və esselər Azərbaycan dilində yazılmalıdır. Müsabiqədə obyektivliyi təmin etmək üçün seçim mərhələsində müəlliflərin adı münsiflər heyətindən gizli saxlanılacaq.

Mövzular: “Vətən”, “Qarabağ”, “Müzəffər əsgər”, “Mənim atam”, “Anam”, “Dostluq”. Müsabiqənin gedişi barədə iştirakçılara vaxtaşırı məlumat veriləcək.

Tərəfdaşlarımız: www.kulis.az, www.sim-sim.az saytları, “Ədəbiyyat”, “525-ci qəzet” nəşrləri. Qaliblər mükafatlandırılacaq.

# 3887 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news