Yeni ssenari müsabiqəsi elan edildi

Yeni ssenari müsabiqəsi elan edildi
calendar 28 fevral 2022
clock 18:20

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verir.

Kulis.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin ilk növbədə qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.

Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsinin, Şərq və Qərbin qovşağında yaşamanın özəlliklərinin, gender ayrıseçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzu olunandır.
Müsabiqədə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii filmin ssenarisi (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari və müəllif haqda informasiyanın elektron versiyası [email protected] ünvanına , “ssenari müsabiqəsi” mövzusu göstərilməklə göndərilməlidir.
Ssenarinin çap nüsxələri 15 may 2022-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi 18.
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər:

Birinci yer – 2000 AZN

İkinci yer – 1500 AZN

Üçüncü yer – 1000 AZN

Qalib ssenarilər istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

# 2174 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news