Yunis Orucovun yeni romanı çap olundu

Yunis Orucovun yeni romanı çap olundu
calendar 27 sentyabr 2024
clock 13:00

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamından bəhs edən “Tunel” romanı çap olunub.

Kulis.az xəbər verir ki, romanda qətliam zamanı ailəsi və yaxınları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə yaralanan bacı-qardaş – Yeganə və Müşfiq İbrahimovların ağır girovluq həyatından bəhs olunur.

Romanda qəhrəmanların timsalında o dövrün faciəvi hadisələri, insan yaşantıları, ağır psixoloji sarsıntı keçirən girovların yaşamaq uğrunda qəhrəmanlıq mübarizəsi əks olunub.

Qeyd edək ki, Yunis Orucovun daha öncə çap edilən “Nargin – saralmış kədər” və “Boraltan – azadlığın tələsi” tarixi romanları böyük oxucu marağı qazanıb. Müəllifin hər üç kitabı MİMTA Yayımları tərəfindən çap edilib.

# 528 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news