Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verildi

Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verildi
calendar 14 dekabr 2022
clock 14:00


Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verildi

Kulis.az xəbər verir ki, fondun təşəbbüsü və dəstəyi ilə keçiriləcək müsabiqədən əsas məqsəd milli bədii nəsrimizin inkişafına yardımçı olmaq, öz əsərlərinin ideya-bədii özəllikləri ilə fərqlənən müəlliflər üçün maddi stimul yaratmaqdır. İldə bir dəfə olmaqla hər il keçirilməsi nəzərdə tutulan müsabiqəyə ötən bir il ərzində yazılan roman, povest və hekayələr təqdim olunacaq. Müsabiqəyə təqdim edilən materallar kitab və ya əlyazma şəklində ola bilər.

İkipilləli keçirilməsi nəzərdə tutulan müsabiqənin birinci turunda qəbul edilən materiallar jüri üzvləri tərəfindən 10 ballıq sistem üzrə qiymətlənidiriləcək və nəticələrə müvafiq hər janr üzrə 3 ən yaxşı əsər seçilərək ikinci tura təqdim olunacaq. İkinci turda gizli ekspertlər bu 3 əsərin müəllifləri arasından müvafiq janrlar üzrə qalibləri müəyyənləşdirəcək. Müsabiqənin nəticələri hər Novruz bayramı ərəfəsində açıqlanacaq və qaliblər ödülləndiriləcək.

Ən yaxşı roman - 3000 manat
Ən yaxşı povest - 1500 manat
Ən yaxşı hekayə – 500 manat

Qarabağdakı zəfərimiz və şəhidlərimizin ruhuna hörmət olaraq, müsabiqənin birinci ili istisna hal kimi 2020-ci ilin noyabrından bu günə qədər yalnız Qarabağ mövzusunda yazılan əsərlər qəbul olunacaq. Növbəti dəfədən etibarən mövzu məhdudiyyəti aradan qaldırılacq və müəlliflər istənilən mövzuda yazılan nəsr əsərlərini təqdim edə biləcəklər. Müsabiqəyə materialların qəbulu 2023-cü il yanvar ayının 25-nə qədər davam edir. Materiallar 3 nüsxədən ibarət olmaqla həftənin 1-5-ci günləri ərzində aşağıdakı ünvana təqdim olunmalıdır:

Bakı, Xaqani - 53, Azərbaycan Yazıçılar Birliyi

Əlaqə telefonu: 051 307 83 99

Müsabiqəyə qatılan hər kəsə uğurlar arzu edirik!

# 1956 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news