Əzab çəkmək və bundan xoşbəxt olmaq... - Sitatlar

Əzab çəkmək və bundan xoşbəxt olmaq... - Sitatlar
calendar 4 fevral 2020
clock 21:01

Rus ədəbiyyatının qızıl əsri XIX əsrin əvvəllərinə təsadüf edir: Puşkin, Qoqol, Lermontov, Jukovski, Turqenev və əlbəttə ki, Belinski. Vissarion Belinski (1811-1848) cəmi bir uğursuz roman yazmışdı. Bununla belə bütün həyatını bohem çevrələrdə keçirmiş, sevilmişdi. O, icmalçı və ədəbiyyat jurnalının redaktoru idi.

Onun sərt tənqidi ilk növbədə kitablara olan hədsiz sevgisindən doğurdu. Belinski erudisiya və intellekti sayəsində tənqidçi çərçivələrindən çıxaraq özünün bir çox əsərləri ilə filosof kimi rəğbət qazanmışdı. Onun əsərləri sayəsində rus ədəbiyyatının qızıl dövrünü çox asanlıqla tədqiq etmək mümkündür.

Cəmi 37 il yaşasa da Vissarion Belinski rus ədəbiyyatına böyük bir ədəbi irs qoymuşdu. Kulis.az Belinskinin aforizmlərini təqdim edir.

Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır.

Əsl xəzinə yaxşı kitabxanadır.

Yaşamaq-hiss etmək və düşünmək, əzab çəkmək və bundan xoşbəxt olmaqdır, hər cür başqa həyat ölümdür.

Mübarizə həyat şərtidi, mübarizə bitəndə həyat da ölür.

Qadın xasiyyətli kişilər insanlığa ən zəhərli həcvləridir.

Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox.

Nəfis şəkildə çap olunmuş boş kitabı görmək var-dövlətli boş adam görmək qədər pisdir.

Əgər məhəbbətdə seçim iradə və ağılla olsaydı onda sevgi hissi və ehtiras olmazdı.

Məsələ sözdə yox, onun deyilmə tərzindədir.

Bir çoxları yaşamadan, ancaq yaşamağa hazırlaşaraq yaşayırlar.

# 6107 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news