"Zəfər nəğməsi-Şuşa" kitabının təqdimatı keçirildi

"Zəfər nəğməsi-Şuşa" kitabının təqdimatı keçirildi
calendar 29 dekabr 2022
clock 18:00

Uşaq yazıçısı Sevinc Nuruqızının müəllifi olduğu "Zəfər nəğməsi- Şuşa" kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat 198 saylı orta məktəbdə baş tutub.

Tədbirdə şagirdlərin ifasında "Zəfər nəğməsi Şuşa" kitabından seçmələr səsləndirilib. "Dağlar qoynunda zəfər" povestindən səhnələşdirilmiş bir hissə nümayiş etdirilib. 7-ci sinif şagirdlərinin ifasında öz ilk səhnə təcəssümünü görən əsər Vətən müharibəsinin kulminasiyası olan Şuşa uğrunda qəhrəmanlıq göstərən döyüşçülərin döyüşdən əvvəl söhbətlərini, onların arzu və xəyallarını, Şuşa uğrunda savaşın mühüm məqamlarını əks etdirib.
Tədbirdə yazıçı Sevinc Nuruqızı uşaqların suallarını cavablandırıb, kitab üzərində iş prosesindən ətraflı danışıb və yaşadığı zəfər sevincini kiçik oxucularla bölüşüb.

Qeyd edək ki, "Üç alma" nəşriyyatında işıq üzü görüb.


# 1298 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news