"Zəfər yolu" tamaşası hazırlanacaq

"Zəfər yolu"  tamaşası hazırlanacaq
calendar 21 aprel 2022
clock 19:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşası hazırlanır.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, aktyor Elçin Əfəndi, əməkdar artist Mətanət Atakişiyeva, aktrisalar Xədicə Novruzlu, Rada Nəsibova, əməkdar artistlər Mirzə Ağabəyli, Elnar Qarayev, aktrisa İlahə Həsənova, əməkdar artist Anar Heybətov, aktyor İlyas Əhmədov, aktrisa Afət Məmmədova, Aylin Həşimova, əməkdar artistlər Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, aktyor Elsevər Rəhimov, əməkdar artist Rəşad Bəxtiyarov, aktyor Corc Qafarov, aktyorlar Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın premyerasının may ayının 28-də - Respublika Günündə keçirilməsi planlaşdırılır.

# 2051 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news