Zelenski müharibə ilə bağlı filmə çəkildi

Zelenski müharibə ilə bağlı filmə çəkildi
calendar 24 yanvar 2023
clock 10:40

Amerikalı aktyor və rejissor Şon Penn 73-cü Berlin Film Festivalında Ukraynada baş verən hadisələrdən bəhs edən “Super güc” sənədli filmini təqdim edəcək.

Kulis.az xəbər verir ki, film Ukrayna hadisələrindən bəhs edən digər filmlərlə yanaşı müsabiqədənkənar proqram çərçivəsində nümayiş etdiriləcək. Filmdə Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak etdiyi bildirilir.

Ukrayna prezidenti bir müddət əvvəl bu barədə açıqlama vermişdi: “Şon Penn işğalın ilk günündən Kiyevdə idi və rus təcavüzünün nə olduğunu öz gözləri ilə gördü. Tezliklə bütün dünya onun filmi sayəsində müharibə ilə bağlı bütün həqiqətləri görə biləcək”.

Penn Ən Yaxşı Aktyor nominasiyasında iki dəfə 2004-cü ildə və 2009-cu ildə Oskar qazanıb.

Qeyd edək ki, 73-cü Berlin Beynəlxalq Film Festivalı fevralın 16-dan 26-dək keçiriləcək.

Şon Penn Rusiyanın Ukraynaya qarşı müharibəsini lentə alacaq - VİDEO -  Sonxeber.net

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news