“Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

“Zəngəzur sənətkarlığı”  adlı sərgi keçiriləcək
calendar 24 iyun 2024
clock 10:13

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, sərgi iyunun 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü, ölkəmizin İstanbuldakı Baş konsulluğu, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi və “Tək Hədəfim Təhsil” Birliyinin təşkilatçılığı ilə açılacaq.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Zəngəzur sənətkarlığı” layihəsinə əsasən keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunacaq.

Layihəyə əsasən Qərbi Azərbaycanın azərbaycanlılara məxsus, o cümlədən Türk dünyasının ortaq mədəni irsinin inciləri sayılan tarixi memarlıq abidələri, zəngin mədəni irs incilərinin elementlərini özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliği, eləcə də Türkiyədə də tanıdılması nəzərdə tutulub.

Bu çərçivədə İstanbulda açılacaq sərgidə “Turan Yolu-Zəngəzurum” adlı kolleksiyadan “İrəvanım”, “Sərdarım”, “Zəngəzurum”, “Dərələyəzim”, “Şərqin sədası”, “Çərxi-fələk” adlı əsərlərlə yanaşı, “Şuşa baharı”, “Səma naxışları”, “İpək Yolu” adlı əsərlər də ilk dəfə nümayiş etdiriləcək. Adıçəkilən bütün əsərlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq komissiyaları tərəfindən sənət əsərləri kimi qiymətləndirilərək qeydiyyata alınıb. Müəllifi Sərdarlı ailəsi olan əsərlər Azərbaycan mədəniyyət tarixində ilk dəfə özləri tərəfindən yaratdıqları yeni metodologiya, üslub və formatda hazırlanıb.

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqi nümunələri və rəqsləri ifa ediləcək.

Qeyd edək ki, “Turan Yolu - Zəngəzurum” kolleksiyasından bəzi əsərlər ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində, daha sonra Bakı Yunus Əmrə İnstitutunda nümayiş etdirilib.

# 530 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news