Bir uşaq hönkür-hönkür; ağladı qayıqları...

Bir uşaq hönkür-hönkür; ağladı qayıqları...
calendar 27 oktyabr 2016
clock 13:09

Kulis.Az Mətləb Ağanın yeni şeirini təqdim edir.

...İslandı bütün şəhər,

böyükdən kiçiyəcən...

...bir ağacın dibində

büzüşmüş küçüyəcən...

...köhnə tramvayların

susduğu parka kimi...

...ağ kağız qayıqların

üzdüyü arxa kimi...

...ən hündür binayacan,

lap uzaq küçəyəcən...

...deyindi qonşu qarı

sabahdan gecəyəcən...

...sonra qəfil də kəsdi,

kiridi qonşu qarı...

...bir uşaq hönkür-hönkür

ağladı qayıqları...

view 971 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news