Yığmağa yer də yoxdur dadsız xatirələri – Mətləb Ağanın şeiri

Yığmağa yer də yoxdur dadsız xatirələri – <span style="color:red;">Mətləb Ağanın şeiri
calendar 16 dekabr 2016
clock 10:31

Kulis.az Mətləb Ağanın şeirini təqdim edir.

Bu il də belə keçdi,

bir yaş da düşdük geri...

...yığmağa yer də yoxdur

dadsız xatirələri...

...indi durub özünə

deməyə nə sözün var?!

...hava da boz-bulanıq,

bizdən də duru kim var?!

...hər qarışda dirənir

dekabrın şaxtası...

...orda-bir soyuq evdə

yanır dörd sətir yazı:

“...maraqsızdı, bilirəm,

bu bitir, o başlayır...

...köhnə ssenaridə,

təzə kino başlayır...”

view 997 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news