“Oskar”ın qalibləri məlum oldu-SİYAHI

“Oskar”ın qalibləri məlum oldu-SİYAHI
calendar 25 fevral 2013
clock 11:13

Dünən, 24 fevral tarixində 85-ci Oskar mükafatının təqdimetmə mərasimi keçirildi. “Ən yaxşı rejissor” nominasiyasında mükafatı “Pinin həyatı” filminə görə Enq Li aldı. Mükafatın sahibini ABŞ-ın birinci xanımı Mişel Obama videoəlaqə vasitəsilə açıqladı.

Kulis.Az nominasiyalar üzrə qaliblərin siyahısı təqdim edir.

"Ən yaxşı film nominasiyası- Ben Afflekin rejissoru olduğu ""Arqo" əməliyyatı" filmi sahib oldu.

“Ən yaxşı aktyor” nominasiyasında – “Linkoln” filmindəki roluna görə Daniel Day Luis. O, bu kateqoriyada 3 dəfə Oskar olan ilk aktyor oldu.

“Ən yaxşı aktrisa” mükafatı - “Ümid İşığım” filmindəki roluna görə Cennifer Lourens oldu.

“Ən yaxşı rejissor” mükafatı – “Pinin həyatı” filminə görə Enq Li sahib oldu. Enq Linin Oskar mükafatına 5 dəfə namizəd olmuşdur. O bu mükafatı ikinci dəfə alır.

“Ən yaxşı ssenari” üzrə mükafatı - “Azad olunmuş Canqo” filminə görə ssenarist-rejissor Kventin Tarantino aldı.

“Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyuası üzrə - “Səfillər” filmində oynayan Enn Hetvay aldı,

“Ən yaxşı ikinci dərəcəli aktyor” - “Xilaskar Canqo” filmindəki roluna görə Kristof Valz sahib oldu.

“Ən yaxşı xarici film” nominasiyasında – “Eşq” filmi ilə Avstriya rejissoru Maykl Haneke oldu.

“Ən yaxşı musiqi” nominasiyasında – “Pinin həyatı” filminin bəstəkarı Maykl Danna oldu.

Ən yaxşı mahnı nominasiyasında - “Skayfal” mahnısı ilə Adella oldu.

“Ən yaxşı kostyum işinə” görə mükafat - “Səfillər” filminin geyim üzrə rəssamı Caklin Duran aldı.

“Səfillər” filmi “qrim üzrə” mükafata da sahib oldu.

Animasiya filmləri üzrə nominasiyaya isə “Cəsur ürək” animasiya filmi sahib oldu.

view 4189 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news