Xalq Artisti Eldəniz Zeynalovun xatirəsi yad olunacaq

Xalq Artisti Eldəniz Zeynalovun xatirəsi yad olunacaq
calendar 25 oktyabr 2017
clock 17:30

Oktyabrın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti Eldəniz Zeynalovun 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mərdəkan Mədəniyyət Evində reallaşacaq tədbirdə sənətkarın həyat və yaradıcılığından, kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq. Tədbir çərçivəsində sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə aktyorun ailə üzvləri iştirak edəcəklər.

AzərTac

view 2558 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news