Böyüklərə “sən” deyib girişənlərimiz

Böyüklərə “sən” deyib girişənlərimiz
calendar 25 fevral 2015
clock 16:33

Antalyada bir uşağın "anne-anne!" deyə qolundan yüngülcə çəkərək anasını dayandırıb nəsə arzuladığını gördüm. Gənc ana uşağa tərəf yüngülcə əyilib gülümsəyərək "efenim?" deyə onun nə istədiyini soruşdu. Ananın uşaqla belə kübar davranmağı məni heyran elədi.

***

Yaxud, ata-anasının yanında "Pole çudes" şou proqramına gələn uşaqlarla aparıcı Yakuboviçin necə davrandığına fikir vermisinizmi? Məsələn, uşaqdan belə soruşur:

- Adınız nədi? (Siz deyə müraciət eləyir. M.K.)

- Maşa.

- Bəs atanızın adı?

- Aleksandr.

- Demək, Maşa Aleksandrovna!..

Şoumenin belə xırda dialoqu, sözsüz ki, bütün Rusiya insanına sirayət eləməyə hesablanıb.

***

Məsələn, mənim kiçik qardaşımın həyat yoldaşı rusdu, iki qız övladları var. Dördüncü sinfi Rusiyada bitirdikdən sonra qızlarını gətirib kəndimizdəki orta məktəbə qoydular, kənddə anamla yaşayırlar. Hazırda 8-9-cu siniflərdə oxuyurlar. Hər ikisi mənə "siz"lə müraciət edir.

***

Ancaq bizdə!

Bir də görürsən, cavan oğlan inboksuna yazıb! Bəh-bəh-bəh! "Sən"in biri bir qəpik! Elə bil əsgərlikdə mənimlə yan-yana yatıb.

Özündən yaşca böyüyə "sən" deyib girişənlərimiz artıq kütləvidi. Onlar, tanımadığı adama "siz" deməyi öz rəncbər şəxsiyyətinə sığışdırmır, yəqin...

view 2328 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news