Ağlım başımda yox, ayağımdaydı

Həmid Herisçi, yazıçı

Həmid Herisçi, yazıçı

calendar 26 yanvar 2023
clock 10:49

Bir cürə adamlar var, ağılları başda yox, ayaqlarında olur sanki. Dilimizdəki “ağlı dabanındadır” ifadəsi də belələrinə aiddi.

Biri, elə mən özüm...

Qərbdə, bu cürələrinə "Stalker" də deyirlər. Məşhur kinorejissor Andrey Tarkovskinin eyni adlı filminə diqqətlə zillənsəz, hə, mövzunun bütün dramatikliyini hiss edərsiz.

İtkin adamları, əşyaları, qaniçən caniləri, məxfi ünvanları adətən belələri bir göz qırpımında aşkarlayırlar. Ayaqları bir növ “ağıllı”dır belələlərinin. Nəinki beyni.

Yüksək Alp yaylaqlarında bitən “Edelveys” çiçəyini aşkarlamaq xoşbəxtliyi də adətən belələrinin qismətidir.
Bu çiçəyin özünü nədi? Ay-hay... adını da tapmışam mən.

Özü də görün bir harda?

Güneydəki Babək qalasının ətəklərində.

Bir yol, Təbrizdən getdim Kəleybərə. Ordan, sanki buludların üstü ilə, dumanın içindən, qalxdım əlçatmaz Babək qalasına.
Duman pərdəsi ətrafımdan çəkilincə, gördüm ətrafda bitki örtüyü artıq yoxdu.
Canlılardan bir mənəm burda, bir də...
Bax, bu çiçək.


Bələdçim vardı, adı Qulammirzə. Arxadan yaxınlaşıb mənə dedi: “Axır güldü bu. Day, gül olmayacaq yolumuzda. Biz bu çiçəyə “gülaxır” da deyərik”.

Lal-dinməz dayandım bir xeylax orda.

Bəxtim, nərddəki kimi, “Qoşa” vermişdi mənə. Edelveysin həm özünü aşkarlamışdım, həm də, azərbaycanca adını.
Arxada qoyduğumuz son kəndin də adı elə “Gülaxır” idi.

Hə...Babək qalasını mən, bax beləcənə ziyarət etdim.

Ağlım, başımda yox...dabanımdaydı sanki.

Vallah.

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

22:00 8 noyabr 2024
Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:00 30 oktyabr 2024
Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
Norma
Norma
menu pen all_news