Şair Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

Şair Qəşəm Nəcəfzadə ilə görüş keçirildi
calendar 19 may 2023
clock 11:27

Əməkdar Mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə Bakı Dövlət Univeristetinin Kitabxanaçılıq və İnformasiya fakültəsində görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri açan fakültənin dekanı Ələmdar Cabbarlı şairin həyat və yaradıcılığı haqqında tələbələrə geniş məlumat verib.

“Qəşəm Nəcəfzadənin indiyə kimi qırx şeir kitabı çap olunub və bu kitablardan on səkkizi dünya ölkələrində işıq üzü görüb. Onun yaradıcılığında insan, ölüm, həyat, vətən, vətənin dünəni, bu günü və sabaha haqqında şeirlər mühüm yer tutur. Qəşəm Nəcəfzadə 44 günlük vətən müharibəsinə, şəhidlərimizə və qazılərimizə xeyli maraqlı, yadda qalan şeirlər həsr eləyib”, - deyə dekan qeyd edib.

Görüşdə şair haqqında kiçik bir film nümayiş olunub.

Tələbələrin şairin yaradıcılığı haqqında hazırladığı ədəbi- bədii kompozisiya maraqla qarşılanıb.

Sonda Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, tələbələrin çox saylı suallarını cavablandırıb və tələbələrə yeni çapdan çıxan kitablarını hədiyyə edib.


# 1324 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

22:00 8 noyabr 2024
Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:00 30 oktyabr 2024
Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
menu pen all_news