“Yarımçıq qalmış” tamaşası yenidən nümayiş olunacaq

“Yarımçıq qalmış”  tamaşası yenidən nümayiş olunacaq
calendar 3 aprel 2024
clock 12:30

Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprelində cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı oldu. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrildi.

Psixoloji səpgili dram janrında qurulan səhnə əsərində rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Ramil Şamiloğlu, Nuriyə Əliyeva, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Tahir İsmayılov və Xaliq Bəkirov ifa edəcək.

# 1011 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

22:00 8 noyabr 2024
Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Zaman - Rüstəm Dastanoğlunun yeni hekayəsi

18:00 30 oktyabr 2024
Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
menu pen all_news