Onlarla məzələnəcəm

Onlarla məzələnəcəm
calendar 29 yanvar 2020
clock 10:23

Kulis.az Ömər Xəyyamın "Penis, yaxud məcaz" yazısını təqdim edir.

Sən qadını yerdəki günəşə, nə bilim, onun permanent qaşlarını sirat körpüsünə oxşadacaqsan, mən də səninlə məzələnəcəm.

Təsvir, oxşatma inandırmalıdır. Mən daha səfsətəyə inanmıram, nə yalan deyim, heç belə mətnlərdən zövq də almıram.

Bu günün məcazı, metaforası, təşbehi bir başqadır, bir başqa cür olmalıdır.

Qızın saçlarını şəlaləyə oxşatmaq nədir, ay namizədini tanımayanların rəhmətlik.

Bu günün oxşatması təxminən belə olmalıdır.

Tutalım, müharibədir, qızğın döyüş gedir...

120 mm-lik minaatanı penisə, mərminin düşdüyü səngəri də vaginaya oxşat.

Mərmi vaginaya düşür: buuummmm! – aha, yeni həyatın başlanğıcı: kimsə öldü.

Özünüzü silkələyin, üzünüzü şillələləyin, ta çıxın hap-gopdan.

view 3411 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news