Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn

Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
calendar 7 may 2021
clock 10:54

Kulis.az sosial şəbəkələrdə 20 yaş fotolarının paylaşılmasının trendə çevrildiyi bu günlərdə türk yazar Ali Poylazoğlunun bu ovqatla səsləşən “20 yaş, 35 yaş, 40 yaş və bugünkü mən” şeirini təqdim edir.

Bunları bir yerə toplayım
Yaxşı bir dərdləşək – deyə düşündüm.

Mətbəxdə də yaxşıyam
Bəzədim süfrəni
Xeyli uğraşdım.
Hansının hansı yeməyi, hansı içkini xoşladığını yaxşı bilirəm
Xeyli də pul xərclədim

Birinin yediyini o biri yeməz
O birinin içdiyini bu biri içməz
Dörd nəfərlik süfrə hazırladım

Şamları yandırdım

Hamısı Erik Satinin mahnılarını sevərdi
Xatırladım
Musiqi də təşkil elədim

Gəldilər.

20 yaşında mən,
35 yaşımda mən,
40 yaşımda mən və
bugünkü mən - dördümüz.

20 yaşımı, 35 yaşımın qarşısına oturtdum.
40 yaşımın qarşısına da, özüm keçdim.
20 yaşım 35 yaşımı mühafizəkarlıqda suçladı.
40 yaşım ikisinin də axmaq olduğunu söylədi.

Onları sakitləşdirim dedim
- Sən qarışma, vecsiz qoca – dedilər.
Böyük qovğa çıxdı
Qonşular altdan-üstdən divarlara vurdular.
20 yaşım 40 yaşıma stəkan tolazladı.

Evi də it gününə qoymuşdular!

Qəbahət məndədir
Nə çağırırsan tanımadığın adamları evinə?!

P.S. Şeir əslində hekayə kimi yazılıb və səhvən Can Yücelin adına şeir kimi paylaşılıb.

# 8403 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
menu pen all_news