Həyat mum kimi əriyib sönür... - Malik Atilayın yeni şeirləri

Həyat mum kimi əriyib sönür... - Malik Atilayın yeni şeirləri
calendar 27 may 2024
clock 17:00

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Bizim küçənin yolları


Bu məhlənin bir yolları var idi,
Gəl görəsən
Dərsdən gələn sevgililər
Bu yol üstə gözucu baxıb
Yola salardılar bir-birini
Nə toy karvanlarının qarşısını kəsərdi burda uşaqlar,
Nə əsgər yola salan olardı burda.
Uzaqlar nədi bilməzdi bu yol.
Bəlkə, yolların sonu elə bu məhlə idi...
Bəlkə, yollar əsasını burdan alırdı elə.

Bu məhlənin bir yolları var idi,
Gəl görəsən,
Səkisində qovrulmuş günəbaxan satan nənə,
Səkisində dəli Səkinə.
Burdan keçən hər kəsə
Bir ağız dua edib yola salardılar.

Bu yoldan keçməzdi kədər,
Bu yoldan keçməzdi ölüm,
Bu yoldan keçərdi hər səhər
Çörəyin dalınca gedən adamlar.

Bu məhlənin bir yolları var idi,
Gəl görəsən...


Bir şair, bir misra


Bir şairin
Min şeirini
Min cəllad yandırdı
Amma
Bir şairin
Bir misrası
Min cəlladın xatirəsini də yaşatdı ovuc içi boyda varaqda


Gedənlər və qalanlar


Həyat mum kimi əriyib sönürdü.
Dönürdü tanıdığın, tanımadığın insanlar
Bir ovuc torpağa,
Bir əlçim şəklə daşların üstə.
Limanlarda,
Vağzallarda,
Aeroportlarda əl yelləyib yola salırdı gedənlərini.
Bəlkə, dumanları fikirləri qovurdu başından

Qalanlar
Çevrilirdi kədərdən büstə
Çevrilirdi bir ümidlə
Gedənlər qalanları olduğu kimi tapalar, bəlkə...

# 1200 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
Norma
Norma
menu pen all_news