Ölüm hər kəsə başqa cür baxır - Günün şeiri

Ölüm hər kəsə başqa cür baxır - Günün şeiri
calendar 28 sentyabr 2023
clock 14:50

Kulis.az "Günün şeiri" layihəsindən Həmid Piriyevin tərcüməsində Cesare Pavesenin "Vicdan əzabı və ya pis vərdiş kimi" şeirini təqdim edir

Ölüm gələcək və gözləri sənin gözlərin olacaq.
Vicdan əzabı və ya pis vərdiş kimi
səhərdən-axşamacan gözünü qırpmadan bizi
addımbaaddım izləyən kar ölüm.

Gözləri sənin gözlərin.
Gözlərin boş söz kimidir, səssizlik,
susdurulmuş hayqırtı kimi.
Belə görürsən onları hər səhər
təkbaşına əksinə tərəf əyiləndə güzgüdə.
Ey əziz ümid, həmin gün öyrənəcəyik
sənin həm həyat, həm də boşluq olduğunu.

Ölüm hər kəsə başqa cür baxır.
Mənim ölümüm sənin gözlərinlə baxacaq mənə.
Nəsə olacaq - pis vərdişi tərgitmək kimi,
güzgüdə ölmüş bir simanın canlandığını görmək kimi,
kip sıxılmış dodaqlara qulaq asmaq kimi.
Heçliyin susqunluğuna enəcəyik.

22 mart 1950

# 1956 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
Norma
Norma
menu pen all_news