Parlayır adamların dişi qanın xatirəsiylə... - Əlibaladan yeni şeirlər

Parlayır adamların dişi qanın xatirəsiylə...  - Əlibaladan yeni şeirlər
calendar 31 oktyabr 2023
clock 17:00

Kulis.az Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

Yaddaş

Korlanmış şüur....
Suya sürtülən parçatək
toxunurdu bir vaxtlar
sevgi ruhuna

günlər
kiçik budağı qırıb əlində tutarkən
cilvələnən yarpaqlara
baxmağa bənzəyirdi....

An

Pəncərədən sallanan ağ parça
yaşıl yarpaqlara toxunur.
Boz bulud altındakı yaşıl yarpaqlara....
Nəm qoxusu keçmişi qıcıqlandırır.
"Leysanlı gündə evə qoyulmuş velosiped..."



Tanrıça üçün

Boz daşlar üstündə bir yaşıl üzüm yarpağı....
İndi yavaş - yavaş kiçilsə barmaqların,
ayağını ona qoyub
bir göl üzündə süzsən...
Eşitməzsən daha səni incidən səslərin heç birini....

Gerçək

İti xəncərlə yastığı deşmək kimi
asan imiş
yaşam üçün
inancları məhv etmək...
Müqəddəslik hardadır?
Elə bir göldə ki,
suyu xülyadan
başqa heç nə ilə bəslənmir.
Parlayır adamların dişi qanın xatirəsiylə...
Vəhşi çəkişmə ortasında islaq bir nəfəs...


Ümidlər

Yavaşca titrəyən
yarpaq üzərində
solğun gün işığı....
İndi boz quş qanadının o yarpağa sürtülməsini istərdim
boz qanad izini
bir fincan suyun içinə salmaq
və sonra o suyu
şəfa kimi ətrafa səpmək...


Qərar

Qırılıb
bir vaxtlar köhnə eyvandan
baxarkən
Ayın üzünü örtən armud ağacı…
Bundan sonrakı ömür nə bir qadına,
nə bir inanca...
Bundan sonrakı ömür
yalnızca keçmişə....

# 1707 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
menu pen all_news