Qabaqda hələ nə qədər il var yaşamalı... - Rober Desnos

Qabaqda hələ nə qədər il var yaşamalı... - Rober Desnos
calendar 10 sentyabr 2024
clock 18:40

Kulis.az fransız şair Rober Desnosun "6.5.1936" şeirini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Rober Desnos (1900 - 1945). İlk şeirlərini 17 yaşında çap etdirib. Gəncliyində dadaistlər və sürrealistlərlə yaxınlaşıb. Andre Bretonla Pol Elüar kommunist partiyasına üzv olandan sonra "sürrealizm siyasətlə yola gedə bilməz" deyib, sürrealistlərdən uzaqlaşıb.

Gəncliyində narkotikdən istifadə edib və həmin vaxt nələr yaşadığını kağıza köçürtməyə çalışıb.

Əsasən jurnalist kimi fəaliyyət göstərib. Radio üçün Fantomas haqqında romanlar əsasında silsilə radiopyeslər yazıb. Şairlikdən əlavə, qələmini nəsrdə də sınayıb. Eyni zamanda, uşaq şeirləri və mahnı mətnləri də yazıb.

1940-cı ildə Müqavimət Hərəkatına qoşulub. Dostları onu həbs təhlükəsindən xəbərdar etsə də, arvadı Yukanı hədəf qarşısında qoymamaq üçün gizlənməyib.

1944-cü ilin fevralında gestapo tərəfindən həbs edilib. Auşvits və Buxenvald da daxil olmaqla, bir neçə düşərgədən keçib (Auşvitsə 17 000 əsirlə birlikdə göndərilmişdi və sağ qalıb başqa düşərgəyə göndərilən 1000 nəfərdən biri olmuşdu). Çexoslovakiyanın Terezin qalasındakı tif xəstələri üçün barakda gözlərini əbədi yumub.

Desnos dostlarının xatirəsində olduqca qorxacaq biri kimi qalıb (onun hətta bəzən yolu keçməyə qorxduğunu da deyirlər). Amma düşərgədəki başqa əsirlərin ölümdən qorxduğunu görəndə falçılığı bacardığını deyib, bütün əsirlərin əlindən "uzun və xoşbəxt" ömür oxuyub.



6.5.1936

Doğrudan otuz altı il yaşamışam?
Yox, mənim xatirələrim,
arzularım, sevgim dünəndə qalmayıb -
bu gün olub hamısı.
Bax, bu San-Marten, eyvan,
piştaxtasında süngərlərin tozlandığı dükan,
sahildəki evlər -
hər şey öz yerindədir.
Amma mən hiss edirəm
qabaqda hələ nə qədər il var yaşamalı
nə qədər işim var.

# 896 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
menu pen all_news