Qəddar adamlar, nə yaxşı ki, varsınız - Yeni şeirlər

Qəddar adamlar, nə yaxşı ki, varsınız - Yeni şeirlər
calendar 27 noyabr 2021
clock 16:30

Kulis.az Ruzbeh Məmmədin yeni şeirlərini təqdim edir.

Serebral iflic

Göylə əlləşmək, yerlə vuruşmaq yorur
Hara gedəsən? – güllələndi ədalət hissi
Sağ olun, qəddar adamlar, nə yaxşı ki, varsınız
Bu andan sonra quşlara ömür diləyirəm,
bahara səbir
Qaytara bilmirəm borcumu,
külək, yağış
Ah yağış, aman yağış... insanından yaxşı yağış


Bəs ömrümdə kim azıb, kim itkin düşüb belə
Hər yerim tənhadı, hamıdan bezən mənəm
Mənə doğma, mən xoş - yosun, dəniz, ah balıq
Sahilinə vurğun dəniz, ləpə, ah dəniz
Yarpaqlarına kölgənənən ağac, budaq
Kərpicinə söykənən divar, ah divar
İntihar üçün kürəyimi sənə söykəyirəm...

İki qız uşağı serebral iflic, ana tərk edilmiş, bu nə gündü, bu nə bəxtdi, İlahi?
İndi necə deyim bu gününə şükür
Bircə deyə bilirəm: qadınına şükür
payızına şükür, əl çatmayan göyünə şükür...

Ölmək vaxtı, güllələnmək vaxtı, intihar vaxtı
Gəlin qucaqlaşaq, adamlar, gəlin, son dəfə...

Səni körpə ətcabalalı quşlardan, büklüm-büklüm yuvalardan
Soruşardım, İlahi, amma həvəsim də qalmadı
İlahi, çox sağ ol, mən burda dayanıram:
mən sənə qaytarıram ömrümü də... Əlvida


×××

Külək döyür qapını, pərdələr də yellənir
Qurbağalar səs salır, sular yenə lillənir
Hardasa bir boş küçə küləkdən zibillənir
Mənsə səni anıram, mənsə səni anıram.

Qorxulu bir səs gəlir pəncərə şüşəsindən
Ən pisi nə olar ki, tənhalığın səsindən
İsti nə var dünyada bir qadın nəfəsindən
Amma soyuq, uzaqlıq, mənsə səni anıram

Hamı qol-boyun keçir küçəboyu səhərlər
Məni də ki, sıxan şey, necələr, nətəhərlər...
Ağlımda xeyli fikir, qara ötkün şəhərlər
Mənsə səni anıram, mənsə səni anıram.

Qızıma məktub

Qızım, səbəbsiz yerə darıxıram
səbəbsiz şeyə üzülürəm
İndi məni ümidləndirən şey sənin günlərini saymaqdı


Leydam, mən səni hiss edəndəns sonra anlamışam: ata üçün qız nə deməkdi,
səni hiss edəndən sonra anlayıram qadınları qorumaq da kifayət etmir...

Leydam, səni hər gün, saç ağarda-ağarda gözləyirəm
Çalış, saçlarımı, saqqalımı ağarmamış gör.
Çalış atanı, ananın qısqandığı kimi gör.

# 3271 dəfə oxunub

Oxşar xəbərlər

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
menu pen all_news