Gülümsə, Qəşəm

Gülümsə, Qəşəm
calendar 31 mart 2016
clock 11:38

Gülümsə, Qəşəm

Qəşəm, xoşbəxtsən ki, sən də bir sirr var,
Ələnir başına, yarpaqlar, quşlar, yağışlar...
Topu ayağına vurur uşaqlar,
Gülümsə Qəşəm...

Gülümsəmək sirrin üstünü örtməkdi, məncə.

Qəşəm, deputatlar, nazirlər, başçılar zamanında
Adamlar, nərdivanla qalxanda və düşəndə
Qeybdən kimsə sənə demişdi, gülümsə,
Gülümsə, Qəşəm.
Bunu səndən gözləyən var,
İstəyən var, özü də lap yaxında.
Həbsxanada nəfəsliyin geniş olmasına sevinən bir yazıq var.

Ya da bir misra içində "ə" hərifini, çək üstünə gizlən, yat
Ötüb keçsin vaxt...
Bir səsə ilişib qalxarsan, nə vaxtsa...
Tanrı bəxtəvəri, çək “Ə”ləri üstünə...
Daha nə istəyirsən?

Sonsuz olduğumdan, Qəşəm
Səni oğlum kimi sevirəm
Balam kimi, arxanca yüyürürəm, Qəşəm,
Gülümsə, Qəşəm.

view 2559 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news