Xoşqədəm Hidayətqızı o toydan danışdı...

Xoşqədəm Hidayətqızı o toydan danışdı...
calendar 18 aprel 2013
clock 14:34

“Mənim toyda döyülməyim haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir şey olmayıb”. Bu sözləri Kulis.az-a verdiyi açıqlamada “Səni axtarıram” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib.

Xoşqədəm Hidayətqızı bildirib ki, iki gün öncə həqiqətən qohumlarının toyunda olub: “Bəy də, gəlin də qohumumdur. Onlar da kəlbəcərlidirlər. Amma toyda kollektivimlə birgə iştirak edirdik. Toydakıların hamısı qohum-əqrəbamdı, məni orda döyəsi adam yoxdu. Toydan sonra sizə müsahibə vermişəm, heç döyülənə oxşayırdım?”

“Səni axtarıram” verilişinin aparıcısı deyib ki, bu xəbəri yayanlara sürprizi olacaq.

view 4739 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news