“Allah, mənə bir az bəxt ver... yaşayım” – RƏBİQƏNİN ƏN GÖZƏL ŞEİRİ

“Allah, mənə bir az bəxt ver... yaşayım” – <span style="color:red;">RƏBİQƏNİN ƏN GÖZƏL ŞEİRİ
calendar 27 avqust 2017
clock 13:00

Kulis.az “Bazar oxusu” layihəsində Rəbiqə Nazimqızının şeirini təqdim edir.

Allah, mənə bir az bəxt ver,

bir az da vaxt, yaşayım.

Bir az ömrümdən yaşayım,

Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,

Səhərlər gümrahlıq ver.

Mənə bir damcı qorxu,

Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,

Bir az işıq at, bəsdi.

Bir az ağıl ver, seçim

Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,

Bir də, bol-bol məhəbbət.

Bircə sənə yazmağa

Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,

Bir parç su, yaşayaram.

Bir də, qızımı qoru,

Nə versən, daşıyaram.

view 20250 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news