Şair, esseist Rəvan Cavid haqqında məlumat

Şair, esseist Rəvan Cavid haqqında məlumat
calendar 1 may 2022
clock 11:17

Rəvan Cavid 19 yanvar 1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 2004–2015-ci illərdə Səfikürd kənd tam orta məktəbində təhsil alıb. 2015–2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnşaat mühəndisliyi" ixtisası üzrə təhsil alıb. 2017-ci ildə ədəbi yaradıcılıqla məşğul olmaq üçün universiteti atıb.

2017-ci ildən Rəvan Cavid imzasıyla dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda şeirləri, esseləri, publisistik yazıları ilə çıxış edir.

2016–2018-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin birgə layihəsi olan "III Gənc Ədiblər Məktəbi"ndə yaradıcılıq təhsili alıb.

2019-2020-ci illərdə "Artkaspi.az" mədəniyyət saytında fəaliyyət göstərib. 2022-ci ildən isə "Kulis.az" mədəniyyət portalında müxbir kimi çalışır.

2017-ci ildə "7" adlı şeirlər kitabı işıq üzü görüb.

2020-ci ildə "Mavi boyalı ev" adlı şeirlər toplusu nəşr edilib.

2021-ci ildə Türkiyədə "Absürt menü" adlı esselər kitabı çap olunub.

2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Uğur" mükafatını qazanıb.

2022-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.

view 756 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news