Deyəsən, qol vurdular… – Səhər Əhməddən yeni şeir

Səhər Əhməd, şair

Səhər Əhməd, şair

calendar 11 oktyabr 2022
clock 10:05

Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.

Heç bilmirəm, payızın neçənci yağışıydı,
Heç bilmirəm, oyunun neçənci dəqiqəsi.
Deyəsən, qol vurdular, sevinc səsləri coşdu,
Kimisə məyus etdi, kiminsə təntənəsi.

Həmişə belə olur, gedənlər udub gedər,
Qalanlara vətən də özgə meydançasıdı.
Qalanlar gedənlərin arxasınca su atar,
Gedənlər qalanları sadəcə atıb gedər.

Qatarlar, təyyarələr, gəmilər bəxtiyardı,
Perronlar, duracaqlar, limanlar darmadağın.
Uçub gedir yuvadan sarıdimdik balalar,
Havalar bəxtiyardı, yuvalar darmadağın.

...Heç bilmirəm ömrümün neçənci payızıydı...

“Ədəbiyyat” qəzeti

view 1636 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news