“Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında təqdim olunub

“Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında təqdim olunub
calendar 6 sentyabr 2021
clock 16:33

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri tanınmış Ukrayna yazıçısı, tərcüməçi, Əməkdar incəsənət xadimi Aleksey Kononenko açaraq, Nizaminin zəngin ədəbi irsi haqqında, Azərbaycan Tərcümə Mərkəzinin Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Leyli və Məcnun” poemasını ukrain dilində Ukraynada nəşr etməklə dahi Nizaminin zəngin ədəbi irsinin Ukraynada yaxından tanıdılması və dərindən öyrənilməsinə yönəldilmiş dəyərli bir layihə həyata keçirib. Bu il 880 yaşı qeyd edilən böyük şairin əsərlərinin yenidən dünyaya ayaq açması, bəşəri mənəvi dəyərlərin gündəmə gətirilməsinə, ümumilikdə insanlığın ruhi dünyasının zənginləşməsi və saflaşmasına xidmət edən tarixi zərurətdir”.

Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk nəşr haqqında ətraflı danışaraq kitaba, məşhur ukraynalı türkoloq-alim Aqafangel Krımskinin Nizami yaradıcılığının geniş və dərin təhlilini verən “Nizami və müasirləri” monoqrafiyasından parçaların da daxil edildiyi və əsərin artıq ölkənin mərkəzi kitabxanalarından əldə edilə biləcəyi barədə məlumat verib.

Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin ukrain dilində Ukraynada ərsəyə gətirdiyi digər nəşrlər də – “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsimi “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvan “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”), Leyla Əliyeva “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) sərgilənib.

# 1479 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news