“Nəsimi gənc rəssamların gözü ilə” sərgisi təşkil olunub

“Nəsimi gənc rəssamların gözü ilə” sərgisi təşkil olunub
calendar 27 noyabr 2019
clock 15:17

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə dahi şairin yaradıcılığına həsr olunmuş “Nəsimi gənc rəssamların gözü ilə” sərgisi təşkil olunub.

APA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin İmaddədin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

İmaməddin Nəsiminin yaradıcılığından söz açan YAP icra katibinin müavini Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından danışıb. S. Novruzov AXC-Müsavat cütlüyünün mədəniyyətə ögey münasibət bəslədiyini də vurğulayıb: “AXC-Müsavat cütlüyü Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası kimi qurumları bağlamaq istəyirdi”.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Nəsimi yaradıcılığından və sərginin əhəmiyyətindən danışıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını nəzərə çatdırıb: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq Nəsimi yaradıcılığına diqqət artdı. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə adları verildi. UNESCO səviyyəsində Nəsiminin 650 illiyi qeyd edilib. Bu il isə Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Nəsimi ili” elan edilib”.

Sərgidə millət vəkilləri, YAP rayon təşkilatlarının sədrləri, Milli Məclisin deputatları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

# 2367 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news