“Qadın at deyil ki…” – 30 yaşlı Nazim Hikmətin müsahibəsi

“Qadın at deyil ki…” – 30 yaşlı Nazim Hikmətin müsahibəsi
calendar 23 fevral 2021
clock 17:00

Kulis.az Nazim Hikmətin 1931-ci ildə "Cümhuriyyət" qəzetinə verdiyi müsahibəni təqdim edir

- Son zamanlar gələn yeni cərəyanlar haqqında fikirlərinizi öyrənək?

- Hər şeydən əvvəl sadə və qətiyyətli xətlərin tərkibi ilə doyunca günəş və hava girən yeni evlərin, yeni proletar şeirinin yüz faiz tərəfdarıyam. Azad nigahın tərəfdarıyam! Sovetin nikah ənənəsi kimi. Yəni iki tərəfin icazəsi ilə baş tutan bir tərəfin arzusu ilə dərhal pozulan və ancaq cəmiyyət qarşısında sağlamlıq və uşaq məsələlərində məsuliyyət daşıyan nikah ən mükəmməl ailə formatıdır.

- Hansı yazıçını, hansı aktyoru, hansı şairi, hansı rəssamı sevirsiniz?

- Ərtoğrul Muhsin başda olmaqla Darülbədayi aktyorlarının bir çoxunu, klassiklərdən Vahram Papazvanı sevirəm. Tuluatçılardan (red. Türkiyədə teatr janrdır) Keçəl Həsəni bəyənirəm. Keçəl Həsənin yüksək mədəniyyəti olsaydı, beynəlmiləl bir sənətkar ola bilərdi. Ən çox sevdiyim rəng qırmızıdır. Sevdiyim fəsil qış və yazdır.

- Kino yoxsa teatr, səsli yoxsa sözlü film?

- Amerika və Fransa istehsalı filmlərdən zəhləm gedir. Qəti şəkildə deyə bilərəm ki, sözlü filmlər uğur qazanmayacaq. Teatr sənətinin gələcəyi, məncə teatr və kino elementlərini kino hakimiyyəti altında birləşdirməkdədir. Ən çox bəyəndiyim iki film var:

Çarli Çaplinin “Şəhər işıqları” və Eyzenşteynin “Potyomkin dəniz gəmisi” filmləri.

- Qadın ofisdə, yoxsa evdə işləməlidir? Makiyajlı, yoxsa təbii qadın? Qısa saçlı yoxsa uzun saçlı qadın? Oxumuş yoxsa cahil qadın?

- Makiyajsız qadın işləyən qadındır. Qadının saçının uzun və ya qısa olmasının əhəmiyyəti yoxdur. Qadın at deyil ki, quyruğunun uzunluğu qısalığı müzakirə mövzusu olsun. Heç birinə qapılmadım.

- Həyatınızın ən xoşbəxt, ən həyəcanlı zamanları hansılardır?

- Həyatımın müəyyən bir dövründən sonra xoşbəxtlik görmədim. Ən həyəcanlı dəqiqəm dünya imperializminin kökündən yıxıldığı zaman olacaq.

Hazırladı: Günel Musa

# 2376 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news