Allahsız Böyük Britaniya

Allahsız Böyük Britaniya
calendar 6 iyul 2011
clock 11:45
Ravvin Şmuley Boteax Böyük Britaniyanın dünyanın allahsız ölkələrindən birinə çevrilməsini iddia edir. The Wall Street jurnalında çıxış edən Boteax Britaniyanı bu gün dinə nifrət edən mütəfəkkirlər ixracatında suçlayıb.

Britaniya Milli Sosial Araşdırmalar Mərkəzinin məlumatına görə Amerika əhalisinin 92 faizi dinə inandığı halda, Britaniyada bu rəqəm 35 faizdir. Özünü anqlikan kilsəsinə aid edənlərin sayı 1983-cü ildə 40 faiz idisə, 2009-ci ildə bu rəqəm 23 faizə enib.

Müəllifin fikrincə, insanların dinə marağının azalmasında mərkəzləşmiş dini strukturun qorunması əsas rol oynayır.
Avropalılar amerika yevangelistlərini geridə qaldıqlarına görə lağa qoyurlar. Boteax isə dinin azalmasını yüksək inkişaf etmiş intellektin əlaməti kimi qəbul etmir.

Müəllif Britaniyanın dünyada təsirinin azalmasını ateizmlə bağlayır: “Bu nihilzmin fəlsəfəsidir, onlar üçün isə müqəddəs heç nə yoxdur, hər şey təsadüfi, həyat mənasız və faydasızdır. Din insanın ləyaqətini yüksəldir, onun yoxluğu isə həyatı müqəddəslikdən məhrum edir”.

Boteax Britaniyanı yenidən dinə-imana qayıtmağa çağırıb.

Rəna Nevzat
# 2519 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news