“Twitter”dən Obamaya böyük güzəşt

“Twitter”dən Obamaya böyük güzəşt
calendar 7 iyul 2011
clock 16:50
ABŞ prezidenti Barak Obama dünən “Twitter”də istifadəçilərin suallarını cavablandırıb. Ancaq prezidentin cavabları 140 simvolla məhdudlaşdırılmayıb.

Moderatoru Cek Dorsi olan forumda istifadəçilər #AskObama haştaqı ilə suallarını ünvanlayıblar.

Prezidentlə ünsiyyətdə ən çox gündəmdə olan mövzular – işsizlik, vergi, borclar, marixuananın leqallaşdırılması, hətta eks prezident Corc Buş haqda suallar yazılıb.
İlk qaradərili prezidentə ən çox suallar Vaşinqton, Nyu York və Los Ancelesdən, ən az isə Hyuston və Sittldan gəlib. Ümumi tvitlərin sayı isə 70 mindən artıq olub.
Bəzi suallar isə senzuradan keçə bilməyib. Bunların arasında: “Hakimiyyətə gələndən qolf oynamağı yaxşılaşdırmısınız?”, “Buşun 8 illik hakimiyyəti dövründə işsizlik 7.3% idi. Nə vaxt yenidən bu qədər aşağı göstərici görəcəyik?”, “”o insanlar ki deyir” deyəndə kimləri nəzərdə tutursunuz?” və s. suallar olub.
Ağ evin mətbuat xidmətinin direktoru Makon Filips məqsəd amerikanlarla yeni ünsiyyətin yollarının tapılması və inkişaf etdirilməsidir.
Anoloji forumlar Facebook və YouTube vasitəsi ilə də aparılıb.
Obamanın “Tvitter” hesabı 2007-ci ildə yaradılıb, ancaq aktiv olaraq 2009-cu ildə fəaliyyət göstərib. Hazırda 9 milyona yaxın izləyicisi var.
# 889 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news