Fransızlar “Anna”ya görə cərimə olundu

Fransızlar “Anna”ya görə cərimə olundu
calendar 8 iyul 2011
clock 13:03
Fransanın TF1 kanalı intellektual kinonun nümayəndələrindən biri, rejissor Spaik Linin “Müqəddəs Annanın möcüzəsi” filminin uğursuz prokatına görə 45 milyon dəyərində kompensasiya ödəyəcək.

Kulis.az-ın France-Presse Agentliyinə istinadən verdiyi xəbərə görə, Paris məhkəməsi belə qərar qəbul edib.

TF1 kanalı 2007-ci ildə On My Own firmasından filmin dünya prokatında (filmin çəkilməsində iştirak edən Amerika, İtaliya və Kanada istisna olmaqla) eksklüziv haqlarını əldə edib.

2008-ci ildə Amerikada ekranlara çıxan film iflasa uğradı və 45 milyonluq büdcə müqabilində prokatda 8 milyon toplaya bildi.

TF1 kanalı isə prokat üzrə götürdüyü öhdəliklərdən imtina edərək filmin final versiyasının müqavilədəki şərtlərə uyğun gəlmədiyini bəyan etdi. Nəticədə film yalnız Torontoda və Romada göstərilərək yalnız 1,5 milyon dollar gəlir əldə etdi.

Paris məhkəməsi kanalın Amerika şirkətinə - 30 mln., Spayk Liyə - 1,5 mln., ssenarist Ceyms Makbrayda 300 min dollar, layihədə iştirak edən BNP Paribas fransız bankına - 13 mln. $ dollar ödəməsi haqda qərar qəbul edib.

”Müqəddəs Annanın möcüzəsi” filmi İkinci Dünya müharibəsinə qatılan, qaradərili əsgərlərdən ibarət olan 92-ci Amerika ordusundan bəhs edir.


Rəna NEVZAT
# 939 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news