Seks əvəzində cənnət

Seks əvəzində cənnət
calendar 12 iyul 2011
clock 11:25
Bursanın İldırım qəsəbəsində özünü təriqət lideri olaraq tanıdıb “Dərgah” adını verdiyi evə gələnlərə cənnətə gedəcəklərini vəd edərək cinsi istismar edən Uğur K. (47 yaş) həbs olunub. Kulis.az-ın Hürriyətə istinadən yaydığı xəbərə görə şikayətdən sonra “Dərgah” deyilən evə basqın edən polis saxta təriqət liderinin yanında “sağ qolu” olduğu iddia edilən Məsud K. (42 yaş) və şübhəlinin yanına iş yoldaşını, nişanlısını və anasını aparan Əhməd C. (28) də nəzarətə alıb. Evdə olan bəzi şəxslər Uğur K.-nın cənnətə girmələrinə şahidlik edəcəyi iddiası ilə oral sekslə məşğul olduqlarını və cinsi əlaqəyə girdiklərini söyləyiblər.


Evli cütlər də gəlmiş


19 adamın ifadəsini alan polis bəzi ailələrin də evə gəlib Uğur K. ilə ayrı-ayrı cinsi əlaqəyə girdiklərini, başlarına gəldiklərindən sonra mənəvi sarsıntı keçirdiklərini təyin edib. Bu şəxslərdən bəziləri şikayətçi olsalar da, bəziləri “Bizə zorla heç nə etməyib” deyərək şikayətçi olmayıblar.

İstintaq davam edir.


Əlaqəyə girməzsəm havalanarlar


Evdə edilən axtarışda uşaq və heyvan pornosu CD-ləri də aşkarlanıb. 2003-cü ildən bəri bu işlə məşğul olduğu dəqiqləşdirilən Uğur K. “Sirr otağı” adını verdiyi otaqda ziyarətinə gələn qadın və kişilərlə öz istəkləriylə əlaqəyə girdiyini söyləyib. Evli və 2 uşaq atası Uğur K.-nın dedikləri: “Qadın-kişi heç bir müridimlə zorla cinsi əlaqəyə girməmişəm. Zikr əsnasında özündən gedən adam “sirr otağı”ma gəlir. Mən heç bir şey etmirəm, onlar özləri gəlib qucağıma otururlar. Mənim təriqət lideri olaraq “sirr otağı”na gələn müridimə cinsi əlaqəyə girə bilməyəcəyimi demək kimi şansım yoxdur. Mən özündən gedən müridimlə əlaqəyə girməsəm, mürid zikrdən ötəri yanmağa başlayar. Gücü qalmaz və havalanar”.


Vüqar QURDQANLI
# 1344 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news