Ş.Arif A.Rzayevlə bağlı sonuncu yazısında AYB sədrini açıq debata çağırmışdı.
- "Verilişlə bağlı təklifim budur ki..." - "Ötən günlər" haqqında
- Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb ah-nalə çəkdi... – Talesiz Şövkət
- Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq
Yazıçı bildirmişdi ki, Anar mətbuat katibinin arxasında gizlənməməli, Azərbaycan xalqı qarşısında tarixi həqiqətləri açıqlayan debata gəlməlidir.
Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğluna müraciət edib Anarın bu çağırışa münasibətini və debata gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq.
Ə.Əsgəroğlu bildirdi ki, AYB sədri yalan və iftira ilə məşğul olan Şamo Ariflə debata çıxa bilməz: “Anar müəllim Şamo Arifin göstərdiyi faktlara, verdiyi açıqlamalara baxdı və gördü ki, bunlar hamısı yalan, böhtan, iftiradır. Mehdi Hüseynin birdən-birə dünyasını dəyişməsinin səbəbkarı Süleyman Rəhimov olubsa, Nəbi Xəzri gəlib ona şillə vurubsa, axırıncı qurultayda Tahir Salahovun bacısı Zərifə Salahova atasına şər atdığına görə Şamo Arifə şillə vurubsa və bu adam bunların hamısını danırsa, onunla nə danışmaq olar? . Anar müəllim bunu edə bilməz”.
“Anar müəllim niyə bunları çıxıb debatda demir” sualımıza isə Ə.Əsgəroğlunun cavabı belə oldu: “Anar müəllim belə aşağı səviyyəli adamlarla debata çıxsa, yazıçılar onu bağışlamaz”.
Mətbuat katibi onu da bildirdi ki, belə böhtan yazılarına görə, Yazıçılar Birliyi Şamo Arifi bu qurumun üzvlüyündən çıxarıb: “2004-cü ildə biz yığışdıq, səsə qoyduq. Həmin ildən biz onu Yazıçılar Birliyinin üzvü hesab etmirik”.
Ş.Arifin üzvlükdən çıxarılması barədə rəsmi qərarın olub-olmamasına gəlincə, Ə.Əsgəroğlu bu barədə dəqiq məlumatının olmadığını bildirdi.
Gültəkin/ “Azadlıq” qəzeti